28.10.2016-cı il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin akt zalında Xocalı rayon İcra Hakimiyyətinin Şura iclası keçirildi. Xocalı rayon ümumtəhsil məktəblərinin 2015-2016-cı il ərzində fəaliyyəti, buraxılış imtahanlarının nəticələri, şəbəkə sisteminin tətbiqi, nümayəndəliklərin ümumtəhsil məktəbləri ilə əməkdaşlığı, erkən nikahlar və onların qarşısının alınması ilə bağlı görüləcək tədbirlərlə bağlı məsələlər müzakirə olundu.
Müzakirə olunmuş məslələrə aid müvafiq qərarlar qəbul olundu, rayonumuzun təhsil sistemində mövcüd olan nöqsanların aradan qaldırılması üçün rayonumuzun başçısı tərəfindən xüsusi tapşırıqlar verildi.